QR CodeQR Code

Lavrov Avropanı bahalı qazla hədələdi

20 May 2020 01:13

İslamTimes: ““Şimal axını 2”qaz kəmərinin çəkilişinə maneələrin yaradılması Avropa üçün qazın qiymətinin bahalaşmasına gətirib çıxara bilər”.


Musavat.com xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Danimarkanın kəmərin çəkilişinə verilən icazəyə yenidən baxması ehtimalını şərh edərkən səsləndirib. Nazir bu addımın “Şimal axını 2” layihəsinin başa çatmasına mane olmayacağına əmin olduğunu bildirib. Bununla yanaşı, Lavrov onu da vurğulayıb ki, Rusiyanın boru kəməri ətrafında yaranmış problemləri həll etmək üçün müxtəlif hüquqi alətləri var: “Ekspertlər bu fikirdədirlər ki, bütün bu hüquqi əngəllərin həlli Avropa Birliyi vətəndaşları üçün qazın bahalaşmasına gətirib çıxaracaq”.

S.Lavrov həmçinin boru kəməri ilə bağlı vəziyyət Rusiya ilə Danimarka arasındakı münasibətlərə hər hansı mənfi təsir göstərmir.


Story Code: 863700

News Link :
https://www.islamtimes.org/az/news/863700/lavrov-avropanı-bahalı-qazla-hədələdi

Islam Times
  https://www.islamtimes.org