QR CodeQR Code

Rusiya Trampın ÜST-ə qarşı təhdidlərini qınadı

IslamTimes , 20 May 2020 01:41

İslamTimes: Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidentinin Ümumdünya Səhiyyə Təşkilatını ABŞ-ın bu təşkilata üzvlükdən imtina edəcəyi ilə hədələməsini qınayıb.


Sergey Ryabkov deyib: "Bəli, hər şeyin düzəlməsi üçün fürsətlər var və biz bu zəmində nələrsə etməyə hazırıq. Bir ölkənin siyasi mənafeləri üçün hər şeyi məhv etməsinə qarşıyıq. Mən Amerika və onun rəhbərliyi altında olan ölkələri nəzərdə tuturam!"

RiaNovosti informasiya agentliyi bildirib ki, Sergey Ryabkov koronavirusla bağlı bütün məsələlərin siyasiləşdirilməsinə qarşı olduğunu dilə gətirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 30 gündən sonra ÜST-ə ayrılan üzvlük haqqının ləğv edilə biləcəyini və ABŞ-ın bu təşkilatla rabitələrini kəsə biləcəyini bildirib.

Tramp deyib ki, bu 30 gün içində ÜST öz fəaliyyətlərində irəliləyiş əldə edə bildiyini göstərməlidir.


 


Story Code: 863703

News Link :
https://www.islamtimes.org/az/news/863703/rusiya-trampın-üst-ə-qarşı-təhdidlərini-qınadı

Islam Times
  https://www.islamtimes.org