0
Wednesday 20 May 2020 - 02:19

Almaniya da Qərbi Şəriyənin ilhaqına qarşı çıxdı

Story Code : 863704
Almaniya da Qərbi Şəriyənin ilhaqına qarşı çıxdı
"Time of Israel"in yaydığı məlumata əsasən, Almaniyanın xarici işlər naziri Heiko Maas və Fələstin Muxtariyyətinin baş nazirinin birgə bəyanatında Qərbi Şəriyənin ilhaq edilməsi sərt şəkildə tənqid olunub.

Bəyanatda deyilir: "İsrailin Qərbi Şəriyəni sionist rejimə ilhaq etməklə bağlı planlarını daha da irəli aparması olduqca narahatedici bir haldır. Bu ilhaq planı 20 apreldə imzalanıb və fələstinlilər arasında böyük narahatlığa səbəb olub. İşğal edilmiş Fələstin ərazilərinin hər hansı bir hissəsinin, o cümlədən Beytül-Müqəddəsin şərq ərazilərinin ilhaqı beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır və İsrail ilə Fələstin arasındakı problemlərin həlli şansını sıfıra endirir."

Donald Trampın "Əsrin Sövdələşməsi" adlandırdığı, tarixə ləkə kimi düşən plana görə, Qərbi Şəriyənin böyük bir hissəsinin İsrailə birləşdirilməsi və Qüdsün sionist rejimin rəsmi paytaxtı olaraq tanınması nəzərdə tutulur.

Bu planı sionistlər müsbət, müsəlman ölkələri isə qəzəblə qarşılayıb. Avropa ölkələri də Qərbi Şəriyənin ilhaq olunacağı şəraitdə İsrailə qarşı tədbirlər görəcəyini açıq şəkildə elan edib.
Source : IslamTimes