QR CodeQR Code

Almaniya da Qərbi Şəriyənin ilhaqına qarşı çıxdı

IslamTimes , 20 May 2020 02:19

İslamTimes: İşğalçı İsrailin Qərbi Şəriyəni ilhaq etmək istəyi Almaniya və Fələstinin birgə bəyanatında qınandı


"Time of Israel"in yaydığı məlumata əsasən, Almaniyanın xarici işlər naziri Heiko Maas və Fələstin Muxtariyyətinin baş nazirinin birgə bəyanatında Qərbi Şəriyənin ilhaq edilməsi sərt şəkildə tənqid olunub.

Bəyanatda deyilir: "İsrailin Qərbi Şəriyəni sionist rejimə ilhaq etməklə bağlı planlarını daha da irəli aparması olduqca narahatedici bir haldır. Bu ilhaq planı 20 apreldə imzalanıb və fələstinlilər arasında böyük narahatlığa səbəb olub. İşğal edilmiş Fələstin ərazilərinin hər hansı bir hissəsinin, o cümlədən Beytül-Müqəddəsin şərq ərazilərinin ilhaqı beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır və İsrail ilə Fələstin arasındakı problemlərin həlli şansını sıfıra endirir."

Donald Trampın "Əsrin Sövdələşməsi" adlandırdığı, tarixə ləkə kimi düşən plana görə, Qərbi Şəriyənin böyük bir hissəsinin İsrailə birləşdirilməsi və Qüdsün sionist rejimin rəsmi paytaxtı olaraq tanınması nəzərdə tutulur.

Bu planı sionistlər müsbət, müsəlman ölkələri isə qəzəblə qarşılayıb. Avropa ölkələri də Qərbi Şəriyənin ilhaq olunacağı şəraitdə İsrailə qarşı tədbirlər görəcəyini açıq şəkildə elan edib.


Story Code: 863704

News Link :
https://www.islamtimes.org/az/news/863704/almaniya-da-qərbi-şəriyənin-ilhaqına-qarşı-çıxdı

Islam Times
  https://www.islamtimes.org