QR CodeQR Code

M.C.Zərif BMT baş katibinə ABŞ-ın İrana qarşı qanunsuz hərəkətləri barədə məktub yazıb

20 May 2020 03:36

İslamTimes: İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, BMT baş katibinə ABŞ-ın İran yanacağının Venesuelaya daşınmasının qarşısını almaq üçün Karib dənizinə hərbi gəmilərini göndərmək cəhdləri barədə xəbərdarlıq məktubu göndərib.


Məhəmməd Cavad Zərif Birləşmiş Millətlər Təşkilatının baş katibinə verdiyi rəsmi sənəddə ABŞ-ı qanunsuz, təhlükəli və təxribatçı təhdidlərini pirat və beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu bildirib.

"Deyerler.org"un ca-irnews-a istinadən verdiyi xəbərə görə, İranın Xarici İşlər Nazirinin qeyd edib: "ABŞ dünyada güc tətbiq etməyi dayandırmalı və beynəlxalq hüququn aliliyinə, xüsusən azad sularda azad gəmiçiliyə hörmət etməyə başlamalıdır". Məktubunda, o, ABŞ hökumətinin hər hansı bir qanunsuz hərəkətin nəticələrinə görə məsuliyyətini xatırladaraq, İranın bu təhdidlərə qarşı müvafiq və lazımlı tədbirlər görmək hüququnu vurğulayıb. İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı, ABŞ-ın Tehrandakı maraqlarının nümayəndəsi kimi İsveçrə səfirini Tehrana çağıraraq, İran tankerlərinə qarşı ola biləcək hər hansı bir təhlükə ilə əlaqədar, İran İslam Respublikası hakimiyyətinin ABŞ-a ciddi xəbərdarlıq göndərməsini tələb etdi. Əraqçı dedi: "İranın tankerlərinə qarşı hər hansı bir təhlükə, İranın dərhal və qətiyyətli cavabı ilə nəticələnəcək və ABŞ hökuməti bütün mümkün nəticələrə görə cavabdeh olacaq".


Story Code: 863714

News Link :
https://www.islamtimes.org/az/news/863714/m-c-zərif-bmt-baş-katibinə-abş-ın-irana-qarşı-qanunsuz-hərəkətləri-barədə-məktub-yazıb

Islam Times
  https://www.islamtimes.org