QR CodeQR Code

Suriyanın şimalında ABŞ və İsrail rejiminin raketləri aşkar edilib

20 May 2020 04:03

İslamTimes: Suriyanın şimalındakı Dera və Əs-Suveydə əyalətlərində ABŞ və İsrail rejiminin istehsalı olan raketləri tapılıb.


Bu barədə SANA agentliyi məlumat yayıb. Ərazilərdə yoxlanış keçirilərkən, terrorçular tərəfindən buraxılan çoxlu sayda silah arsenalı aşkar edilib.

ABŞ və İsrail rejiminin silah və raketlərindən əlavə, patron, pulemyot, snayper tüfəngləri, qumbaralar və digər döyüş sursatları tapılıb. ABŞ və İsrail rejiminin istehsalı olan silahların bu ərazilərldə aşkarlanması, bir daha ABŞ və İsrail rejiminin yerli terrorçulara dəstək verməsindən xəbər verir.

Ət-Tanfdan qaçan və Suriya hökumətinin qüvvələri tərəfinə keçən bir yaraqlı qrupun komandiri, ABŞ-ın İŞİD terror təşkilatı ilə əməkdaşlığından danışıb. Aprel ayında Suriya hökumət qüvvələrinə təslim olan İŞİD yaraqlıları, ABŞ-ın ölkədə təxribatlar hazırladığı barədə danışıb. Onların sözlərinə görə, ABŞ-dan olan təlimçilər neft, qaz və nəqliyyat infrastrukturu obyektlərində təxribat üçün təlimlər keçirib. /Deyerler/


Story Code: 863715

News Link :
https://www.islamtimes.org/az/news/863715/suriyanın-şimalında-abş-və-israil-rejiminin-raketləri-aşkar-edilib

Islam Times
  https://www.islamtimes.org