QR CodeQR Code

Ümid edirik ki, ABŞ bu təhlükədən xəbərdardır - Rusiya

20 May 2020 11:37

İslamTimes: Ümid edirik ki, Vaşinqton və Varşava Rusiya ilə NATO-nun münasibətlərini daha da pisləşdirəcək bəyanatların təhlükəli mahiyyətindən xəbərdardır.


Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

"ABŞ-ın nüvə silahını Avropadan çıxarması bu qitənin təhlükəsizliyinə real töhfə verə bilər. Rusiya uzun müddət əvvəl bu addımı atdı", - Zaxarova vurğulayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın Varşava səfiri Corcet Mosbaher ölkəsinin Almaniyadakı nüvə silahlarını Polşaya yerləşdirə biləcəyi barədə açıqlama yayıb. Rusiya XİN rəhbəri isə bunun NATO-nun götürdüyü öhdəliklərə zidd olduğunu bəyan edib.


Story Code: 863784

News Link :
https://www.islamtimes.org/az/news/863784/ümid-edirik-ki-abş-bu-təhlükədən-xəbərdardır-rusiya

Islam Times
  https://www.islamtimes.org