QR CodeQR Code

Türkiyə hakimiyyəti Suriya xalqının Əsədi dəstəklədiyini etiraf edibmiş

20 May 2020 12:20

İslamTimes: Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu 2012-ci ildə Suriya Prezidenti Bəşər Əsədlə baş tutan görüşü haqda danışıb.


Sabiq nazir Suriyada baş tutan görüşlərdə Əsədi islahatlara dəvət etdiyini bildirib.

“2011-ci ilin yanvar ayından avqusta ayına qədər dəfələrlə Suriyaya getdim. Səkkiz ay ərzində həm Ərdoğan, həm də Abdullah Güllə Bəşər Əsədi yola gətirməyə çalışdıq. Son görüşümlə bağlı isə əfsanələr uydurulur.

2012-ci ilin avqust ayında Əsədlə təkbətək 6 saat davam edən bir görüşüm oldu. Bir niyyətim vardı: Misirdə rejim devrildi, Tunisdə devrildi, Suriyada isə biz sənin yanındayıq, amma islahatlar apar. Dedim ki, bu dalğanı keç, xalq səni sevir, biz də sənin yanındayıq. Ona zəmanət verdik”, - Davudoğlu bildirib.

Sabiq baş nazir medianın bu görüş haqda ağlasığmaz iddialar irəli sürdüyünü deyib:

“Suriya kəşfiyyatına bağlı jurnalistlər də bəzi iddialar irəli sürürlər. Deyirlər ki, Davudoğlu gedib Əsədə bəzi şeyləri diktə edib. O 6 saatlıq görüş dövlət sənədlərində qeyd olunub. Heç nə gizli deyil”.


Story Code: 863804

News Link :
https://www.islamtimes.org/az/news/863804/türkiyə-hakimiyyəti-suriya-xalqının-əsədi-dəstəklədiyini-etiraf-edibmiş

Islam Times
  https://www.islamtimes.org