0
Wednesday 20 May 2020 - 12:42

ABŞ iqtisadiyyatı 38% azala bilər - PROQNOZ

Story Code : 863805
ABŞ iqtisadiyyatı 38% azala bilər - PROQNOZ
"APA-Economics"in idarəyə istinadən verdiyi məlumata görə, təkcə 2020-ci ilin II rübü ərzində ABŞ-da ÜDM istehsalı əvvəlki rübə nisbətən 11% azalacağı gözlənilir.

Bundan əlavə, II rüb üzrə proqnozlara əsasən, işsizlərin sayı 2019-cu ilin IV rübü ilə müqayisədə 26 mln. nəfər çox olacaq və işsizlik səviyyəsi 15,1% təşkil edəcək. Bu, II Dünya Müharibəsindən bəri məşğuliyyət səviyyəsinin ən kəskin azalması deməkdir.

Qeyd edək ki, işsizliyin III rübdə 15,8% çatacağını gözləyən Konqresinin Büdcə İdarəsi, bərpa prosesinin 2020-ci ilin IV rübündə başlayacağını və bu göstəricinin 11,8% düşəcəyini proqnozlaşdırır.