QR CodeQR Code

Türk Hava Yollarının daxili və xarici uçuşlarını bərpa edəcəyi gün məlum olub

21 May 2020 00:07

İslamTimes: Türk Hava Yollarının daxili və xarici uçuşlarını bərpa edəcəyi gün məlum olub


Türk Hava Yolları aviaşirkəti (THY) 4 iyundan daxili, 10 iyundan isə xarici uçuşlarını bərpa edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə THY-nin rəhbəri İlker Aycı bildirib.

İlker Aycı deyib ki, sərnişinlərin əl yükünün təyyarənin salonuna daxil edilməsinə icazə verilməyəcək. 8 kiloqramlıq əl yükü təyyarənin yük yerinə qəbul ediləcək və ödəniş haqqı da ümumi yükə əlavə ediləcək.

Sərnişinlər təyyarə salonuna yalnız əl çantası ilə daxil ola biləcək.


Story Code: 863927

News Link :
https://www.islamtimes.org/az/news/863927/türk-hava-yollarının-daxili-və-xarici-uçuşlarını-bərpa-edəcəyi-gün-məlum-olub

Islam Times
  https://www.islamtimes.org