0
Thursday 21 May 2020 - 02:08

Pekin: ABŞ dünyanı aldatmağa uzun müddət davam edə bilməyəcək!

Story Code : 863937
Pekin: ABŞ dünyanı aldatmağa uzun müddət davam edə bilməyəcək!
Çinli diplomat öz Twitter səhifəsində yazıb: "ABŞ tərəfindən davamlı olaraq yalan məlumatların yayılması bəzilərinin zehnində şübhələrə səbəb ola bilər, amma sonda həqiqət üzə çıxacaq!"

Çin Xarici İşlər Nazirliyi sözçüsü ABŞ-ın bu günədək koronavirusla bağlı uydurduğu yalanların qısa bir hissəsini yada salıb: "Vuhan şəhəri karantinə alındığı zaman, 23 yanvarda ABŞ iddia etdi ki, bu ölkədə cəmi bir nəfər Covid-19 virusuna yoluxub. ABŞ 13 mart tarixində 1896 nəfərin virusa yoluxduğunu bildirərək fövqəladə vəziyyət elan etdi. Çin 19 martda mənşə bölgədə yoluxmanın 0-a endiyini açıqladığı vaxt ABŞ-da 7087 virus daşıyıcısı vardı. Hazırda Birləşmiş Ştatlarda 1 570 583 nəfər koronavirusa yoluxub və 93 533 nəfər bu virus səbəbindən həlak olub. Kim cavabdeh olmalıdır?"

ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Mayk Pompeo son həftələrdə dəfələrlə iddia edirdilər ki, koronavirus Çinin Vuhan şəhərindəki bir laboratoriyadan sızıb və Pekin hökuməti Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin Vuhan Laboratoriyasına daxil olmasına icazə verməyib. Amma Tramp və Pompeonun Çin əleyhinə bəyanatlarına baxmayaraq, ABŞ kəşfiyyat orqanları virusun haradan yayıldığı ilə bağlı sübutlar olmadığını bildirib.
Source : IslamTimes