0
Thursday 21 May 2020 - 02:47

Qasim Süleymaninin şəhadəti Müqaviməti daha da gücləndirdi

Story Code : 863938
Qasim Süleymaninin şəhadəti Müqaviməti daha da gücləndirdi
Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) rəhbərlərindən olan Mahmud əl-Zəhar "Əl-Alam" şəbəkəsi ilə müsahibəsində Beynəlxalq Qüds Günü münasibətilə deyib: "Bəzi ölkələrin işğalçı sionist rejimlə münasibətləri təkcə rabitələrin normallaşdırılması deyil, bu həm də İslama xəyanətdir!"

Mahmud Əl-Zəhar əlavə edib: "Fələstin mövzusu bir şəxs və ya partiya ilə əlaqəli deyil, bu bir ideologiyadır. Allahın Kitabına və Peyğəmbərin (s) sünnəsinə sadiq qaldığımız müddətcə Allahın yardımları bizimlə olacaq. Şəhid Qasim Süleymani Müqaviməti dəstəkləyən bir şəxs idi. Şübhəsiz ki, hidayətə dəvət edənlər ilahi mükafat alacaqlar..."

Müqavimət rəhbəri deyib: "Müqavimət hərəkatı Şeyx Əhməd Yasinin, Qasim Süleymaninin, Əbdüləziz Rəntisinin, Fəthi Şəqaqinin və digərlərinin şəhid olması ilə sona çatmayacaq. Bu şəhidlər bir toxum əkdilər və onların bu əməlləri bəhrəsini verəcək. Şəhidlər də Allah dərgahında mükafatlarını alacaqlar. Qasim Süleymaninin şəhid olması Müqavimətin gücünü artırdı və şəhidlərin qanı İslamdan başqa bütün variantları aradan qaldırdı. Xeyir və şər cəbhəsi arasında mübarizə davam edəcək, lakin xeyir cəbhəsi mütləq bu mübarizədə qalib olacaq!"
Source : IslamTimes