0
Thursday 21 May 2020 - 04:07

Türkiyə Qərbi Şəriyənin ilhaqını "cinayət" adlandırdı

Story Code : 863942
Türkiyə Qərbi Şəriyənin ilhaqını "cinayət" adlandırdı
"Ray Əl-Youm" qəzetinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın Tvitter hesabında sionist rejimin Fələstinə qarşı cinayətlərinə münasibət bildirib. O deyib: "Biz İsrailin Qərb Sahilinin bir hissəsini ilhaq etməklə bağlı təhdidlərini məhkum edirik və bu planlara qarşıyıq. Beynəlxalq ictimaiyyətin İsrailə qarşı mövqe sərgiləməsini gözləyirik."

İbrahim Kalın əlavə edib: "İşğalçılıq və ilhaq etmə cinayət hesab olunur. Biz İsrailin bu planına qarşı olan bütün tədbirləri dəstəkləyirik."

İşğalçı İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi yeni hökumətin andiçmə mərasimində Qərbi Şəriyədəki əraziləri ilhaq etməyin vaxtının çatdığını bildirib.

Avropa ölkələri, beynəlxalq təşkilatlar İsraili bu fikrindən daşınmağa çağırıb və bu ağılsız addımın atılacağı təqdirdə sionist rejimə qarşı tədbirlər görüləcəyi bildirilib.
Source : IslamTimes