Axar.az xəbər verir ki, bu barədə “NBS Nyus” məlumat yayıb. Bildirilib ki, belə dəbdəbəli qəbullar “Medisonun şam yeməyi” adı ilə tanınır.
Pompeo həyat yoldaşı Süzanla birlikdə 2018-ci ilin martından cari ilə kimi, daha dəqiq desək, koronavirusla bağlı məhdudiyyətlər dönəminə qədər belə ziyafətlər keçirib.
2 il ərzində Pompeo təxminən 20 belə ziyafət təşkil edib və ümumilikdə 500-ə yaxın qonaq qarşılayıb.
Dövlət Departamentindən olan adı açıqlanmayan mənbələr Pompeonun qonaqlıqlara bir neçə milyon dollar xərclədiyini istisna etməyib.