QR CodeQR Code

Dövlət katibi qonaqlıqlara milyonlar xərcləyib

21 May 2020 10:55

İslamTimes: ABŞ Dövlət katibi Mayk Pompeo 2 il ərzində vergi ödəyicilərinin pulları ilə iş adamlarına və tanınmış siyasi xadimlərə bahalı ziyafətlər təşkil edib.


Axar.az xəbər verir ki, bu barədə “NBS Nyus” məlumat yayıb. Bildirilib ki, belə dəbdəbəli qəbullar “Medisonun şam yeməyi” adı ilə tanınır.

Pompeo həyat yoldaşı Süzanla birlikdə 2018-ci ilin martından cari ilə kimi, daha dəqiq desək, koronavirusla bağlı məhdudiyyətlər dönəminə qədər belə ziyafətlər keçirib.

2 il ərzində Pompeo təxminən 20 belə ziyafət təşkil edib və ümumilikdə 500-ə yaxın qonaq qarşılayıb.

Dövlət Departamentindən olan adı açıqlanmayan mənbələr Pompeonun qonaqlıqlara bir neçə milyon dollar xərclədiyini istisna etməyib.


Story Code: 864010

News Link :
https://www.islamtimes.org/az/news/864010/dövlət-katibi-qonaqlıqlara-milyonlar-xərcləyib

Islam Times
  https://www.islamtimes.org