QR CodeQR Code

Rusiya ən güclü raketinin sınaqlarını ləğv etmədi

21 May 2020 11:31

İslamTimes: “Sarmat” qitələrarası ballistik raketin yay sınaqları təxirə salınmayıb.


Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib.

“İşlər planlı şəkildə aparılır. Kompleksin yaradılmasında iştirak edən müəssisələrdə istehsal prosesi dayandırılmayıb. Burada vacib sanitar-epidemioloji tədbirlər görülüb. Raketin yay sınaqları Müdafiə Nazirliyinin müəyyən etdiyi müddətdə keçiriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, “Sarmat” Rusiyanın hazırda arsenalında olan dünyanın ən böyük strateji raketi olan “Satana”nı əvəz etmək üçün yaradılır. Raketin sınaqlarına 2011-ci ildən başlanılıb. Yeni raket təkcə Şimal qütbündən yox, həm də Cənub qütbündən keçərək, heç bir raketdən müdafiə sisteminə yaxalanmadan hədəfləri məhv etmək gücündədir.


Story Code: 864015

News Link :
https://www.islamtimes.org/az/news/864015/rusiya-ən-güclü-raketinin-sınaqlarını-ləğv-etmədi

Islam Times
  https://www.islamtimes.org