0
Thursday 21 May 2020 - 14:16

Tunis prezidenti: “Qüds Fələstinin paytaxtı olaraq qalacaq”

Story Code : 864053
Tunis prezidenti: “Qüds Fələstinin paytaxtı olaraq qalacaq”
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Qeys Səid Fələstinin 1948-ci ildə işğalının ildönümü və Nəqbə günü münasibətilə verdiyi açıqlamasında bunları deyib: “Bir millətin və onun torpaqları üzərində hüquqları inkar oluna bilməz. Fələstini yavaş-yavaş parçalamaq istəyirlər, lakin Fələstin nəhayət sahiblərinə qayıdacaq”.

Fələstin millətinin qəhrəman və fədakar bir millət olduğunu qeyd edən Səid, Qüdsün bir gün Fələstinin paytaxtı olacağını söyləyib.