QR CodeQR Code

Yəmənli lider Qüds Günü çıxışında Səudiyyəyə səsləndi: Fələstinliləri azad edin

23 May 2020 00:33

İslamTimes: Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi də online proqramda çıxışı zamanı Fələstinə tam dəstək verdiklərini açıqlayıb.


Beynəlxalq Qüds Günü münasibətilə “Müqavimətə Liderləri Birlikdə” adı ilə online canlı yayım proqramında Seyid Həsən Nəsrullah, Əbdülməlik Əl Husi, İsmayıl Haniyə, Şeyx İsa Qasim, Hacı Ziyad Nihalə, Şeyx Qeys əl Xəzəli, Əskaf Ataullah Hana, Əbdüllətif əl Həmim çıxış ediblər.

Yəmən Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Əl Husi də online proqramda çıxışı zamanı Fələstinə tam dəstək verdiklərini açıqlayıb.

“Biz Yəmən xalqı Fələstin xalqını dəstəkləmə mövzusundakı duruşu vardır və bu dini, əxlaqi və insani  vəzifədir.”, -deyə Əl Husi deyib.

Əl Husi daha sonra “Sionist düşmənin Qəzzadakı fələstinliləri mühasirə altında işlətdiyi cinayətlər günlük adi işlərə dönübdür. Yəmən xalqı müqaəddəs məkanlara və Məscidi Əqsaya yardım etmək mövzusunda Müqavimət Cəbhəsinin  yanındadır.”, -deyə əlavə edib.

Yəmən Müqavimət lideri Səudiyyə rəsmilərinə çağırış edərək fələstinli məhbusları azad etməyə çağırıb.

Seyid Əbdülməlik Əl Husi sonra deyib: "Biz sionist rejimlə münasibətlərin hər cür adiləşdirilməsini pisləyir və onu haram hesab edirik."

"Ümumdünya Qüds günü mühüm bir münasibətdir. Ona görə ki, İslam Ümmətinə onun birinci məsuliyyətini, yəni Fələstin amalını xatırladır və Fələstinin azadlığı, müqəddəslərin geri alınması və Fələstin xalqının nicatı üçün bir fürsət yaradır.", -deyən Yəmən Müqavimətinin lideri  bildirib ki, general Süleymaninin terror edilməsinin əsas səbəbi, onun sionist düşmən və Amerikanın ekspansianizmi ilə mübarizə və region xalqlarının yanında durmaq sahəsində oynadığı rol idi.

Yəmənli lider Qüds Günü çıxışında Səudiyyəyə səsləndi: Fələstinliləri azad edin /İslamAzeri/


Story Code: 864338

News Link :
https://www.islamtimes.org/az/news/864338/yəmənli-lider-qüds-günü-çıxışında-səudiyyəyə-səsləndi-fələstinliləri-azad-edin

Islam Times
  https://www.islamtimes.org