Alimlər vaksini öz üzərlərində sınaqdan keçirdi
23 May 2020 03:53
İslamTimes: Rusiya Səhiyyə Nazirliyinin Qamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları COVİD-19 virusuna qarşı vektorlu vaksini öz üzərlərində sınaqdan keçiriblər.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə mərkəzin direktoru, REA-nın akademiki Aleksandr Ginzburq məlumat verib.
O bildirib ki, təcrübə uğurlu olub: immunitet var, mənfi təsirlər aşkar edilməyib.
Akademik özlərinə vaksin vuran həmkarlarının adlarını dəqiqləşdirməyib, lakin onun sözlərinə görə, onlar mərkəzin əməkdaşları, o cümlədən ilkin tədqiqatların təşkilatçıları və texnoloqlardır.
Ginzburq vurğulayıb ki, söhbət SARS-CoV-2 koronavirusu geninin daxil edildiyi adenovirusun DNT-si əsasında perspektivli vektorlu vaksindən gedir.
Story Code: 864351