0
Saturday 23 May 2020 - 10:37

Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb - FOTO

Story Code : 864401
Pakistanda təyyarə qəzasında 97 nəfər ölüb - FOTO
“Report” xəbər verir ki, bu barədə məlumatı Sind əyalətinin Səhiyyə Nazirliyi açıqlayıb.



Dəqiqləşdirilən məlumata görə, qəza nəticəsində yalnız 2 sərnişin sağ qalıb. Onların vəziyyəti stabildir. Sağ qalanlardan biri Pakistanın “Pəncab” bankının prezidenti Zəfər Məsuddur.

Bildirilib ki, indiyədək ölən 19 nəfərin kimliyi məlum olub.