0
Saturday 23 May 2020 - 13:15

ABŞ-ın çirkin oyunu - Suriyada əkin sahələri yandırılır

Story Code : 864446
ABŞ-ın çirkin oyunu - Suriyada əkin sahələri yandırılır
Suriya hakimiyyətinin ABŞ qüvvələrinin Apaçi vertolyotlarından istifadə edərək Əl-Həsakədəki zəmiləri yandırdığını bildirməsindən bir neçə gün sonra Amerikanın "International Business Times" qəzeti ABŞ prezidentinin zəmilərin yandırılmasına razılıq verdiyini açıqlayıb.

International Business Times öz hesabatında Suriyadakı əkin sahələri və məhsulların yandırılmasının birbaşa Ağ Evin əmri ilə həyata keçirildiyini ifşa edib.

BMT rəsmiləri də ABŞ-ın bu hərəkətindən narahatlığını ifadə edərək, koronavirus səbəbindən dünya ölkələrinin ərzaq böhranı ilə üz-üzə olduğu vaxtda ABŞ-ın bu hərəkətinin ciddi problemlərə səbəb ola biləcəyini vurğulayıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, mayın 17-də Hələb, Raqqa və Əl-Həsakə əyalətlərində məhsulları ilə birlikdə yandırılan əkin sahələrinin ərazisi təxminən 300 hektar olub.

Qeyd edək ki, Əl-Mayadin şəbəkəsi də bu yaxınlarda ABŞ-ın alovlandırıcı vasitələrdən istifadə edərək Suriyanın şimal-şərqindəki Həsakə vilayətinin yaxınlığında buğda tarlalarının böyük bir hissəsinə od vurduğunu bildirmişdi.
Source : IslamTimes