0
Sunday 24 May 2020 - 01:53

Suriyadakı terrorçulardan böyük miqdarda Qərb istehsalı silahların aşkarlanması

Story Code : 864562
Suriyadakı terrorçulardan böyük miqdarda Qərb istehsalı silahların aşkarlanması
Suriyanın rəsmi xəbər agentliyi SANA bildirib ki, yerli sakinlərin də böyük dəstəyi ilə müşayiət olunan əməliyyatlar nəticəsində azad edilmiş ərazilərdə aparılan təmizlik əməliyyatı zamanı Dara əyalətinin qərbində terrorçulara məxsus əksəriyyəti Qərb ölkələri istehsalı olan çox sayda silah-sursat aşkarlanıb. 

Məlumatlı mənbə bildirib ki, tapılan silahlar arasında onlarla avtomat, pulemyot, RPG, tank əleyhinə mərmi, əl qumbaraları, raket və digər döyüş sursatları da var.

Qeyd edək ki, ABŞ-ın dəfələrlə İŞİD kimi terrorçu qrupları silahla təmin etdiyinə aid sübutlar ortaya qoyulsa da, Amerika Suriyadakı gərginliyi artırmaq üçün təkfirçiləri dəstəkləməkdən əl çəkməyib. ABŞ və ərəb ölkələrinin bu günədək Suriyadakı terrorçulara 440 milyard dollar yardım etdiyi bildirilir.

Bir neçə gün öncə də Suriyada terrorçuların qaçaraq tərk etdiyi bölgələrdən ABŞ istehsalı olan silahlar tapıldığı açıqlanmışdı.