QR CodeQR Code

Admiral Ərdoğana etiraz etdi: Türk ordusunda səs-küylü istefa - Kalından reaksiya

24 May 2020 01:20

İslamTimes: "Bir hərbçinin görəvindən alınması normaldır. O, memarı olduğu əsərləri ilə Türkiyə ordusuna töhfələr verib. Bundan sonra da verə bilər".


Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Türkiyə Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, kontr-admiral Cihat Yaycının istefasına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, C.Yaycı prezident sərəncamı ilə Ali Hərbi Şuradakı vəzifəsindən azad edilən ilk yüksək rütbəli hərbçidir. Buna cavab olaraq admiral mayın 18-də istefa ərizəsi yazıb.

Sərəncam Türkiyənin nüfuzlu anti-Qərb və Avrasiyaçı cinahlarında kəskin tənqidlə qarşılaşıb.

Cihat Yaycı uzun müddətdir "Mavi Vətən" anlayışının tərəfdarı kimi Türkiyənin Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizindəki sərhədlərini aqressiv şəkildə qorumağı təklif edir.

Kontr-admiral Ankara hökumətinə qarşı 2016-cı ildə həyata keçirilmiş çevriliş cəhdində günahlandırılan Gülənçi şəbəkə ilə mübarizədə xüsusi yer tutub.


Story Code: 864565

News Link :
https://www.islamtimes.org/az/news/864565/admiral-ərdoğana-etiraz-etdi-türk-ordusunda-səs-küylü-istefa-kalından-reaksiya

Islam Times
  https://www.islamtimes.org