0
Sunday 24 May 2020 - 02:25

Netanyahu sabah məhkəmə qarşısına çıxır

Story Code : 864566
Netanyahu sabah məhkəmə qarşısına çıxır
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Netanyahu haqqında 3 fərqli korrupsiya işi ilə bağlı məsələyə baxılacaq.

Sionist rejimdə ilk dəfədir ki, Baş nazir vəzifə başında olarkən barəsində məhkəmə işi qaldırılıb. Netanyahunun ilk məhkəmə prosesi Qüds bölgə məhkəməsində keçiriləcək.

Qeyd edək ki, işğalçı İsrailin Baş prokuroru Avicat Mandelblit 21 oktyabr 2019-cu ildə 3 fərqli korrupsiya işi ilə bağlı Netantahuya qarşı iddia qaldırıb. Bu il martın 17-nə planlaşdırılan məhkəmə prosesi isə koronavirus səbəbindən mayın 24-nə keçirilib.