0
Sunday 24 May 2020 - 12:59

Qəzza zolağında koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Story Code : 864595
Qəzza zolağında koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidra mətbuat konfransında deyib.

O bildirib ki, koronavirus diaqnozu təsdiqlənmiş 77 yaşlı qadın, “Rafah” keçid məntəqəsində yerləşən xəstəxanada ölüb. 

Qadın bu yaxınlarda Misirdən Qəzza zolağına qayıdıb.

Əşrəf əl-Kidra əlavə edib ki, epidemiya başlayandan bəri Fələstində koronavirusa yoluxma hadisələrinin ümumi sayı 55-ə çatıb. Onlardan 39 nəfəri karantindədir, 16 nəfər tam sağalıb, 4 nəfər ölüb.