QR CodeQR Code

Ərdoğan və Ruhani hava sərhədlərinin açılmasını müzakirə edib

24 May 2020 22:36

İslamTimes: Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani koronavirus pandemiyası şəraitində tibbi göstərişlərə riayət olunmaqla hava sərhədinin açılması məsələsini müzakirə ediblər.


APA-nın xəbərinə görə, bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

Prezidentlər ticarətin yenidən başlanmasını da müzakirə ediblər. R. T. Ərdoğan bununla əlaqədar müvafiq təlimatların hazırlandığını nəzərə çatdırıb. Türkiyə və İran prezidentləri koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsini də vacib sayıblar.


Story Code: 864634

News Link :
https://www.islamtimes.org/az/news/864634/ərdoğan-və-ruhani-hava-sərhədlərinin-açılmasını-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org