0
Monday 25 May 2020 - 00:40

Bayden: Korona qurbanlarının sayı artır, Tramp qolf oynayır!

Story Code : 864648
Bayden: Korona qurbanlarının sayı artır, Tramp qolf oynayır!
ABŞ-ın keçmiş vitse-prezidenti və hazırkı seçkilərdə namizəd olan Co Bayden yayımladığı videoda koronavirus səbəbindən Amerikada ölümlərin artdığı bir zamanda Trampın qolf oynamaq qərarına etiraz edib. Bu videoda Trampın Virciniyada qolf oynadığı səhnələrdən sonra həkimlərin koronavirusla bağlı testlər həyata keçirdiyi nümayiş etdirilir.

ABŞ-da koronavirus xəstələrinin sayı artmaqda davam edir və yaxın günlərdə vəziyyətin müsbətə doğru gedəcəyinə hələ ki, ümid yoxdur.

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda bu günə qədər 1,6 milyondan çox insan koronavirusa yoluxub və onlardan 98 mindən çoxu həlak olub.

Bir müddət öncə də Bayden Trampı koronavirus böhranını idarə edə bilməməkdə ittiham edərək, onun miqrantlara qarşı qəbul etdiyi yanlış qərarlar kimi addımlarla ABŞ iqtisadiyyatına zərbə vurduğunu bildirib.

Tramp isə son günlərdə bütün problemləri Çinin ayağına yazaraq, məsuliyyətdən boyun qaçırmağa çalışır. ABŞ prezidenti Baydeni də "vurmaq" üçün onu Çinlə xoş münasibətdə ittiham edib.
Source : IslamTimes