QR CodeQR Code

Qaniçən Ali-Səud rejimi bayram günündə Yəməni bombaladı

IslamTimes , 25 May 2020 01:29

İslamTimes: Özünü İslam ölkəsi adlandıran Səudiyyə Ərəbistanı bayram günü məzlum Yəmən xalqına qarşı 48 hücum həyata keçirdi


Əl-Məsirə şəbəkəsinin verdiyi xəbərə əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus qırıcıların Ramazan bayramı günü Yəmənin müxtəlif məntəqələrinə hücumları nəticəsində bir neçə dinc sakin şəhid olub.

Sədə əyalətindəki Heydan şəhərinə hücumda 3 yəmənli şəhid olub daha 3 nəfər isə ağır yaralanıb.

Bayram günü sərhəd şəhərlərindən olan Şədi məntəqəsi də Ali-Səud işğalçılarının hücumuna məruz qalıb. 

Yəmənin Razih və Şədi şəhərlərinə top və raket zərbələri endirilib.

Yəhya Sərinin bildirdiyinə əsasən, Ərəbistan son saatlarda Yəmənə 48 hücum təşkil edilib. Mərib əyalətinə 9 dəfə, Əl-Cəvfə 6 dəfə, Hərz və Əbəsə 15 dəfə, Məran, Əl-Məlahit, və Baqem şəhərlərinə isə 18 dəfə hücum edilib.

Səudiyyə kolisiyasının Əl-Hədidə əyalətinə hücumu zamanı da 8 yaşlı bir uşağın qətlə yetirildiyi bildirilir.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, Səudiyyə rejiminin cinayətlərini daha da artırması onlara baha başa gələcək və bu əməllərinin cavabını alacaqlar.


Story Code: 864651

News Link :
https://www.islamtimes.org/az/news/864651/qaniçən-ali-səud-rejimi-bayram-günündə-yəməni-bombaladı

Islam Times
  https://www.islamtimes.org