0
Monday 25 May 2020 - 01:29

Qaniçən Ali-Səud rejimi bayram günündə Yəməni bombaladı

Story Code : 864651
Qaniçən Ali-Səud rejimi bayram günündə Yəməni bombaladı
Əl-Məsirə şəbəkəsinin verdiyi xəbərə əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanının hərbi hava qüvvələrinə məxsus qırıcıların Ramazan bayramı günü Yəmənin müxtəlif məntəqələrinə hücumları nəticəsində bir neçə dinc sakin şəhid olub.

Sədə əyalətindəki Heydan şəhərinə hücumda 3 yəmənli şəhid olub daha 3 nəfər isə ağır yaralanıb.

Bayram günü sərhəd şəhərlərindən olan Şədi məntəqəsi də Ali-Səud işğalçılarının hücumuna məruz qalıb. 

Yəmənin Razih və Şədi şəhərlərinə top və raket zərbələri endirilib.

Yəhya Sərinin bildirdiyinə əsasən, Ərəbistan son saatlarda Yəmənə 48 hücum təşkil edilib. Mərib əyalətinə 9 dəfə, Əl-Cəvfə 6 dəfə, Hərz və Əbəsə 15 dəfə, Məran, Əl-Məlahit, və Baqem şəhərlərinə isə 18 dəfə hücum edilib.

Səudiyyə kolisiyasının Əl-Hədidə əyalətinə hücumu zamanı da 8 yaşlı bir uşağın qətlə yetirildiyi bildirilir.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, Səudiyyə rejiminin cinayətlərini daha da artırması onlara baha başa gələcək və bu əməllərinin cavabını alacaqlar.
Source : IslamTimes