QR CodeQR Code

Ərdoğandan ABŞ-a Qüds mesajı: İmkan vermərik!

25 May 2020 09:54

İslamTimes: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.


Axar.az xəbər verir ki, təbrik mesajında dövlət başçısının Qüds problemini xüsusi vurğulaması diqqətdən yayınmayıb.

“Üç dinin müqəddəsi olan, ilk qibləmiz Qüdsü-Şərifin dünya müsəlmanlarının qırmızı xətti olmasını bir daha vurğulamaq istəyirəm. Fələstin torpaqlarının heç kimə peşkəş edilməsinə göz yummayacağıq. İslam aləminin bir çox yerlərində təəssüf ki, qan və göz yaşı Ramazan ayında da davam etdi. Qərb ölkələrində yaşayan qardaşlarımız demək olar ki, hər gün islam düşmənçiliyi və irqçi hücumlarla üz-üzə qalır”, - deyə Ərdoğan bildirib.


Story Code: 864694

News Link :
https://www.islamtimes.org/az/news/864694/ərdoğandan-abş-a-qüds-mesajı-imkan-vermərik

Islam Times
  https://www.islamtimes.org