QR CodeQR Code

Çin ABŞ-a meydan oxudu: Rusiya və biz...

25 May 2020 14:11

İslamTimes: Rusiya və Çin “siyasi virus” qarşısında keçilməz qalaya çevrilib.


Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər naziri Vanq Yi deyib.

“Digər ölkələrin əsassız hücumlarına və böhtanlarına məruz qalan Rusiya və Çin bir-birilərini dəstəkləyir və eyni mövqe sərgiləyir. Rusiya və Çin “siyasi virus” qarşısında keçilməz qalaya çevrilib və bu, ölkələr arasında əməkdaşlığın ən yüksək səviyyədə olmasının əyani göstəricisidir”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, son dönəmlərdə ABŞ hakimiyyəti tez-tez Çini sanksiyalarla hədələyərək, müttəfiqlərini bu ölkəyə qarşı çıxmağa sövq edir.
 


Story Code: 864716

News Link :
https://www.islamtimes.org/az/news/864716/çin-abş-a-meydan-oxudu-rusiya-və-biz

Islam Times
  https://www.islamtimes.org