0
Monday 25 May 2020 - 14:11

Çin ABŞ-a meydan oxudu: Rusiya və biz...

Story Code : 864716
Çin ABŞ-a meydan oxudu: Rusiya və biz...
Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər naziri Vanq Yi deyib.

“Digər ölkələrin əsassız hücumlarına və böhtanlarına məruz qalan Rusiya və Çin bir-birilərini dəstəkləyir və eyni mövqe sərgiləyir. Rusiya və Çin “siyasi virus” qarşısında keçilməz qalaya çevrilib və bu, ölkələr arasında əməkdaşlığın ən yüksək səviyyədə olmasının əyani göstəricisidir”, - deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, son dönəmlərdə ABŞ hakimiyyəti tez-tez Çini sanksiyalarla hədələyərək, müttəfiqlərini bu ölkəyə qarşı çıxmağa sövq edir.