0
Monday 25 May 2020 - 14:46

Maşın sürməyi öyrənərkən 13 nəfəri vuran qadına cinayət işi açıldı

Story Code : 864717
Maşın sürməyi öyrənərkən 13 nəfəri vuran qadına cinayət işi açıldı
"Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilib. 

Məlumatda qeyd edilir ki, mayın 24-də saat 13 radələrində Mingəçevir şəhərinin Şəfa bağlar sahəsi ərazisində Ağdam rayon sakini Z.Xudiyeva ərinə məxsus “Opel” markalı avtomobili idarə edərkən şəhər sakinləri olan 13 nəfəri (onlardan 9-u azyaşlı olub) vurmuş və nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra 10 nəfəri evə buraxılmış, 3 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı Mingəçevir ŞPŞ-də Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılmış, istintaq aparılır.