QR CodeQR Code

Maduro: "Təşəkkür edirəm, İran!"

IslamTimes , 25 May 2020 17:30

İslamTimes: İranın ilk neft tankerinin Venesuela sahillərinə yan almasından sonra Venesuela prezidenti İran hökumətinə təşəkkür edib.


"JameJamOnline" qəzetinin verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Maduro İran hökumətinə və xalqına, Venesuela ilə həmrəy olduqlarına və Karakas üçün beş tanker yanacaq göndərdiklərinə görə təşəkkür edib.

İran ABŞ-ın sanksiyaları səbəbindən yanacaq çatışmazlığı ilə üzləşən Venesuela üçün 5 tanker yanacaq göndərdikdən sonra ABŞ hakimiyyəti tərəfindən tənqid atəşinə tutulub. ABŞ-ın sanksiyalarına məruz qalmış İran və Venesuelanın bu rabitəsi ABŞ-ı sözün əsil mənasında özündən çıxarıb.

Nikolas Maduro isə bu haqda deyib: "Venesuela və İran sülh tərəfdarıdır və bu iki ölkə sərbəst ticarət etmək hüququna malikdir!"

Maduro həmçinin iki ölkə xalqını "Amerika zülmü qarşısında heç vaxt diz çökməyən inqilabi insanlar" olaraq xarakterizə edib.


Story Code: 864723

News Link :
https://www.islamtimes.org/az/news/864723/maduro-təşəkkür-edirəm-iran

Islam Times
  https://www.islamtimes.org