0
Tuesday 26 May 2020 - 00:31

Rusiya: İrana qarşı silah embarqosuna mane olacağıq

Story Code : 864745
Rusiya: İrana qarşı silah embarqosuna mane olacağıq
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib: "Təsəvvür edə bilmirəm ki, 18 avqust 2020-ci tarixindən sonra İrana silah satışına dair sanksiyalar hər hansı bir şəkildə davam edəcək".

Sergey Ryabkov əlavə edib: "Rəsmi Moskva avqustun 18-dən sonra İrana qarşı sanksiyaların uzadılmaması üçün əlindən gələni edəcək."

New York Times qəzeti bu yaxınlarda yayımladığı xəbərdə bildirib ki, ABŞ İrana qarşı silah alqı-satqısı embarqosunun BMT Təhlükəsizlik Şurası tərəfindən uzadılmasına çalışacağını bildirib.

İran prezidenti Həsən Ruhani İrana qarşı silah embarqosunun müddətinin uzadılmasının ABŞ və bu işdə səbəbkar ölkələr üçün ağır nəticələri olacağını bildirib.
Source : IslamTimes