0
Tuesday 26 May 2020 - 01:51

Cozef Borrel: Amerikanın dünyaya rəhbərlik dövrü sona çatır! 

Story Code : 864746
Cozef Borrel: Amerikanın dünyaya rəhbərlik dövrü sona çatır! 
Avropa Birliyinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel bazar ertəsi günü çıxışı zamanı bildirib ki, ABŞ-ın dünyaya rəhbərlik etdiyi dövrün sonu yaxınlaşır. Cozef Borrel təhlilçilərin artıq uzun zamandır Amerikanın hegemonluq dövrünün sona çatdığı barədə fikirlər səsləndirdiyini qeyd edib. O artıq gücün Amerikadan Asiya ölkəsi olan Çinə keçdiyini və bütün hadisələrin hər kəsin gözü önündə baş verdiyini bildirib. 

AB nümayəndəsi "Covid-19" pandemiyasının dünya nizamında balansın qərbdən şərqə doğru ağırlamasına səbəb olduğunu söyləyib. Borrel bildirib ki, hazırda hər iki tərəf (ABŞ və Çin) Avropa Birliyinə hansı tərəfdə qərarlaşdırdığını bildirməsi üçün təzyiq göstərir.

Cozef Borrel Avropa Birliyinin öz maraqları və mənafeləri ardınca getməli olduğunu dilə gətirib. O deyib ki, AB-dən sui-istifadə edilməsinə izn verilməyəcək.

Borrel qarşıdakı günlərdə baş tutması planlanan Çin və AB arasındakı toplantı zamanı bu ölkə ilə bir sıra mühüm məsələlərin müzakirə ediləcəyini bildirib.
 
Source : IslamTimes