0
Tuesday 26 May 2020 - 02:20

ÜST Trampın dərmanının sınağını dayandırdı

Story Code : 864750
ÜST Trampın dərmanının sınağını dayandırdı
Axar.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Qebreyesus deyib. O bildirib ki, tibb üzrə ixtisaslaşmış “Lanset” jurnalı "hidroksixloroxin" və "xloroxin"in təsirləri və onun COVİD-19 xəstələri üzərindəki təsirini müşahidə edən bir araşdırma aparıb:

“İki ay əvvəl COVİD-19-a qarşı dörd dərman və dərman birləşməsinin effektivliyini qiymətləndirmək üçün sınağa başladıq. Sınaq çərçivəsində 35 ölkədən 400-dən çox xəstəxanaya aktiv xəstə qəbul edildi. “Lanset” "hidroksixloroxin" və "xloroxin"in təsiri barədə araşdırma apardı və araşdırmada bu dərmanın istifadəsi zamanı ölüm riskinin yüksək olduğu bildirildi. Artıq ötən gündən icraçılar dərmanın sınaqlarını təhlükəsizliklə bağlı narahatlıq səbəbindən müvəqqəti olaraq dayandırıb”.

Baş direktor digər dərmanların sınağının isə davam etdirildiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl də ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı "hidroksixloroxin"dən istifadə etdiyini açıqlamışdı. Sonra isə o, bu dərmanları qəbul etməkdən imtina etdiyini bildirdi.