0
Tuesday 26 May 2020 - 02:42

Səudiyyə rejimi İraqa minlərlə terrorçu göndərib

Story Code : 864751
Səudiyyə rejimi İraqa minlərlə terrorçu göndərib
Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Liviyanın devrilmiş diktatoru Müəmmar Qəddafi ilə Omanın xarici işlər naziri Yusuf bin Ələvi arasındakı telefon danışığının audio yazısında, Y.Ələvi Səudiyyə rejiminin İraqa 4000 terrorçunu göndərdiyini açıqlayıb.

Audio yazıya görə, bu terrorçular böyük ehtimalla 2004-2007-ci illərdə İraqa göndərilib.

Bu arada audio yazının bir hissəsində Müəmmar Qəddafi Omanın xarici işlər nazirinə ABŞ-ın hakim ailəsindən xilas olmaq üçün çalışdığını söyləyir.

Qəddafinin amerikalılar dövrün Səudiyyə rejimini idarəçilərinin vaxtının keçdiyini və onları yeniləri ilə əvəz etməyə çalışdıqlarını bildirib. Qəddafinin sözlərinə görə, sözügedən Səudiyyə rejiminin rəsmiləri artıq Amerika maraqlarına kifayət qədər xidmət etmirlər və ABŞ-ın bölgədəki maraqları üçün təhlükə yaradırlar.

Bu audio audio yazının yayımlanmasından sonra, iraqlı istifadəçilər sosial şəbəkədəki paylaşımlarında Səudiyyə rejimindən bu iddialara cavab vermələrini tələb ediblər.

İraqın Hizbullah briqadasının hərbi sözçüsü və komandiri Əbu Əli Əl-Hərbi Ər-Riyad rəhbərliyinin cavab verməli olduğunu bildirib. 

İraq parlamentindəki Sadiqun fraksiyasının üzvü Həsən Səlim Səudiyyə rejiminin cinayətkar kimi qəbul edilməsini tələb edib.

Səudiyyə rəsmiləri İraqda və bölgədə terrorizmi maliyyələşdirdiyini deyən Səlim, Səudiyyə rəsmilərinin İraqda bir çox cinayətlər etdiyini və Səudiyyə rejiminin İraqdakı cinayətlərinə görə cavab verməli olduğunu bildirib.

O, qeyd edib ki, İraqın baş naziri Mustafa Əl-Kazıminin kabineti Səudiyyə rejiminə qarşı sərt mövqe tutmalıdır.