0
Tuesday 26 May 2020 - 10:33

Rusiya: ABŞ koronavirusla mübarizə qətnaməsinin təsdiqlənməsinə mane olur

Story Code : 864831
Rusiya: ABŞ koronavirusla mübarizə qətnaməsinin təsdiqlənməsinə mane olur
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bazar ertəsi günü Təhlükəsizlik Şurasının koronavirusla mübarizə mövzusunda qətnamə qəbul etməsinə ABŞ-ın mane olmasını tənqid edib.

İtar-Tass xəbər agentliyinin verdiyi məlumata görə, Nebenzya Çin və ABŞ arasındakı mövcud mübahisələrin Təhlükəsizlik Şurası üzvlərinin qətnamənin təsdiqləməsinə mane olduğunu söyləyib.

Rusiyalı diplomat 1-ci kanala verdiyi müsahibəsində deyib: "Amerikanın koronavirusun yayılması ilə bağlı Çinə etdiyi hücumlar, son iki ildə bizə qarşı irəli sürülən iddialardan da daha kəskin oldu." 

Diplomat sözlərinin davamında deyib: "Bu mübahisələr səbəbindən ən ciddi xələl toxunan məsələ koronavirusla mübarizə üçün hazırlanan Təhlükəsizlik Şurasının qətnaməsidir. Biz artıq iki aydır ki bu mövzu ilə bağlı bir nəticə əldə edə bilmirik! Daha dəqiq desək, üç həftə öncə bir razılaşma əldə edildi və hər şey qətnamənin təsdiqləməsi üçün hazır idi. Amma ABŞ son dəqiqədə bu qətnamədə Ümumdünya Səhiyyə Təşkilatının adının olmamasını, bu təşkilatdan bəhs edilməməsini istədiyini bildirdi."

Birləşmiş Ştatlar daha öncə də Təhlükəsizlik Şurasında bu qətnamə ilə bağlı səsverməyə mane olmuşdu.

Mart ayından bəri müzakirə olunan qətnamədə münaqişə bölgələrindəki hökumətlərin pandemiyaya qarşı effektli mübarizə apara bilməsi üçün bu bölgələrdə qarşıdurmalara son qoyulmasına çağırılır.
Source : IslamTimes