0
Tuesday 26 May 2020 - 15:15

İşğalçı İsrail ordusundakı intiharlar ört-basdır edilir

Story Code : 864876
İşğalçı İsrail ordusundakı intiharlar ört-basdır edilir
Jerusalem Post qəzeti xəbər verir ki, işğalçı İsrail ordusunun Baş Qərargah rəisi Aviv Koçavi hərbçilərindən birinin intihar etməsindən sonra bu hadisəni ört-bastır etməyə çalışıb. Amma hərbçinin intihar etdiyi üzə çıxdıqdan sonra bir zabit hərbi xidmətdən azad edilib, daha dörd hərbçiyə töhmət verilib.

Hərbçilərin töhmət almasının əsil səbəbinin bu yaxınlarda orduya polis kəşfiyyatçısı kimi qoşulan əsgərin intihar etməsində rollarının olmasıdır.

Jerusalem Post qəzetinin verdiyi məlumata görə, 2018-ci ilin yanvarında intihar hadisəsi ilə bağlı istintaq bir neçə ay davam edib. Daha sonra işğalçı İsrail ordusunun qərargah rəisi əsgərin intiharı ilə bağlı dəqiq araşdırma aparılması barədə əmr verib.

Ötən ilin sentyabr ayında sionist rejimdə iki keçmiş ordu zabiti haqqında cinayət işi açılıb. Bu zabitlər orduya yeni qoşulan hərbçilərin psixoloji durumu haqqında doğru məlumat verməməkdə ittiham olunur.

İşğalçı İsrail ordusunun məlumatına görə, 2019-cu ildə 14 hərbçi, 2018-ci ildə isə 8 hərbçi intihar edib. 
Source : IslamTimes