0
Tuesday 26 May 2020 - 17:31

Rusiya: ABŞ dünya ölkələrində rejimləri dəyişdirmək üçün 70 əməliyyat keçirib

Story Code : 864878
Rusiya: ABŞ dünya ölkələrində rejimləri dəyişdirmək üçün 70 əməliyyat keçirib
Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov deyib: ABŞ soyuq müharibə dövründə müxtəlif ölkələrdə rejimləri dəyişdirməyə yönəlmiş 70 aşkar və gizli əməliyyat keçirib.

Mixail Ulyanov əlavə edib: "ABŞ həmişə Rusiyada seçkilərə müdaxilələrdə rol oynayır. Qərb analitikləri ABŞ-ın təkcə soyuq müharibə dövründə dünyanın müxtəlif ölkələrində qanuni hakimiyyəti devirmək üçün 64 gizli və 6 açıq əməliyyat keçirdiyini bildirir."

Daim Rusiya, İran və sair ölkələri qonşu ölkələrin daxili işlərinə müdaxilə etməkdə ittiham edən ABŞ-ın özünün rejim dəyişikliyinə yönəlmiş 70 
əməliyyat keçirməsi dünyada böyük səs-küylə qarşılanıb.
Source : IslamTimes