0
Wednesday 27 May 2020 - 09:07

Tramp “Twitter”i ABŞ-da seçkilərə müdaxilə etməkdə günahlandırıb

Story Code : 864981
Tramp “Twitter”i ABŞ-da seçkilərə müdaxilə etməkdə günahlandırıb
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə amerikalı lider özünün “Twitter” səhifəsində yazıb.

“Twitter” indi də 2020-ci il prezident seçkilərinə müdaxilə edir. Onlar bildirirlər ki, kütləvi korrupsiyaya və saxtalaşdırmaya səbəb ola biləcək poçt səsverməsi ilə bağlı mənim açıqlamam “CNN” və “Washington Post”un saxta xəbərləri ilə aparılan məlumatların yoxlanılmasına əsaslanaraq doğru deyil. “Twitter” tamamilə söz azadlığına təzyiq göstərir və mən prezident kimi buna imkan verməyəcəm”, - Tramp belə deyib.