0
Wednesday 27 May 2020 - 12:41

Tramp Əfqanıstandakı bütün qoşunlarını geri çəkir? - Pentaqondan AÇIQLAMA

Story Code : 865041
Tramp Əfqanıstandakı bütün qoşunlarını geri çəkir? - Pentaqondan AÇIQLAMA
Publika.az xəbər verir ki, bu barədə “New York Times” qəzetinə ABŞ-ın hərbi rəsmiləri məlumat verib. Bildirilir ki, yaxın günlərdə bu mövzuda Ağ Ev rəhbəri ictimaiyyətə açıqlama verəcək.

Hesabatda Trampın ordunu geri çağrılmasının noyabr ayından əvvəl tamamlanmasını istədiyi qeyd edilib. Pentaqon isə onun bu mövzuda tələsməməsini və planlı şəkildə geri çəkilməsini təklif edib.

Mövzuyla əlaqədar sualları cavablandıran Pentaqon sözçüsü Conatan Hoffman isə ABŞ-ın Talibanla razılaşmasına əsasən, Əfqanıstandakı qoşun sayının 8500-ə qədər endirilməsi planının iyul ayına qədər davam etdiyini vurğulayıb. O, yeni bir planın olub-olmadığı və ya Pentaqonun Donald Trampın keçirəcəyi brifinqə hansısa təkliflər verəcəyi ilə bağlı məlumat verməyib.