QR CodeQR Code

"O, tamamilə axmaqdır" - Co Bayden Trampı ittiham etdi

27 May 2020 13:39

İslamTimes: ABŞ-da keçiriləcək prezident seçkilərində demokrat namizəd Co Bayden Ağ Evin hazırkı lideri Donald Trampı axmaq adlandırıb.


Publika.az xəbər verir ki, Bayden bu barədə CNN telekanalındakı çıxışı zamanı deyib.

O bildirib ki, Donald Tramp COVID-19 pandemiyası dövründə "saxta kişilik" nümayiş etdirir.

Baydenlə söhbətində telejurnalist "Anım günü" münasibətilə keçirilən mərasimdə Trampın maskasız olduğunu, Baydenin isə maska ​​və eynək taxdığını xatırladıb. Jurnalistin sözlərinə görə, ABŞ lideri rəqibini narahat etməyə və maska taxmağın zəif əlamət olduğunu göstərməyə çalışır.

"O, tamamilə axmaqdır. Prezidentlər ölkəyə rəhbərlik etməli, axmaqlıqla məşğul olmamalı və "saxta kişilik" nümayiş etdirməməlidir", - deyə Bayden müsahibəsində qeyd edib.


Story Code: 865050

News Link :
https://www.islamtimes.org/az/news/865050/o-tamamilə-axmaqdır-co-bayden-trampı-ittiham-etdi

Islam Times
  https://www.islamtimes.org