0
Wednesday 27 May 2020 - 21:57

Amerika polisinin qaradərilini boğaraq öldürməsinə qarşı aksiyalar qarşıdurmaya çevrildi - FOTOLAR

Story Code : 865129
Amerika polisinin qaradərilini boğaraq öldürməsinə qarşı aksiyalar qarşıdurmaya çevrildi - FOTOLAR
Çərşənbə günü Minnepolis əyalətində qaradərili bir şəxsin polis tərəfindən öldürülməsinə görə başlayan etiraz aksiyaları qarşıdurmaya çevrilib.

Sputnik informasiya agentliyi xəbər verir ki, minlərlə etirazçı Minnepolis şəhərində polis idarəsinin qarşısına toplaşdıqdan sonra polislər onları gözyaşardıcı qaz, plastik güllələr və səs bombaları ilə dağıtmağa çalışıb.

İnternetdə yayımlanan videolarda nümayişçilərin də polisə cavab olaraq maşınlara və polis idarəsi binasına zərər vurduğu görünür.

Minnepolis əyalətinin meri Ceykob Frey bildirib ki, qaradərili amerikalının qətli zamanı hadisə yerində olan 4 polis tutduğu vəzifədən azad edilib. Amma qətlə yetirilmiş qaradərilinin ailəsi bu məmurların qətl törətdiyi üçün mühakimə olunmasını tələb edir.

Qeyd edək ki, bazar ertəsi axşam 40 yaşlı qaradərili polis tərəfindən qolu qandallandıqdan sonra polisin dizinin boynuna sıxılması ilə vəhşicəsinə qətlə yetirilib. Videoda müşahidə edildiyi kimi qaradərili şəxs çığıraraq "nəfəs ala bilmirəm" desə də polis onu boğmağa davam edib.
1

2

3
Source : IslamTimes