0
Thursday 28 May 2020 - 01:13

3 ərəb ölkəsinin İslam dünyasına böyük xəyanəti!

Story Code : 865143
3 ərəb ölkəsinin İslam dünyasına böyük xəyanəti!
Əl-Xəlic əl-cədid informasiya agentliyinin verdiyi məlumata əsasən, "Israel Hayom" qəzeti yazıb ki, əslində Misir, Səudiyyə Ərəbistanı və İordaniya kimi ərəb ölkələri işğalçı İsrailin Fələstin torpaqlarının ilhaqı ilə bağlı planı ilə müxalif deyil.

Qəzet yüksəkçinli rəsmilərə istinadən bildirib ki, bu ərəb ölkələrinin müxalif mövqe sərgiləməsi əslində gözdən pərdə asmaq üçündür. Əsil həqiqətdə onlar sionist rejimin bu planını dəstəkləyir.

Misir, Səudiyyə Ərəbistanı və İordaniya digər İslam ölkələri və Fələstini dəstəkləyən dünya ölkələrinin etirazı ilə qarşılaşmamaq üçün ilhaq planına müxalif olduğunu sadəcə zahirdə nümayiş etdirdiyindən, onların bu etirazı sionist rejimi narahat etməyib və işğalçı İsrail ilə bu ölkələr arasında rabitələrə heç bir xələl toxunmayıb.

Adı çəkilən ölkələrin rəsmiləri Amerikanın "Əsrin Müqaviləsi" planı ilə bağlı məntəqəyə göndərdiyi nümayəndələrlə görüş zamanı İsrailin ilhaq planına yaşıl işıq yandırıblar.

Mayın 17-də işğalçı İsrailin baş naziri Benyamin Netanyahu Knessetdə andiçmə mərasimi zamanı Qərb Sahilinin İsrailin tərkibinə qatılmasının zamanının gəldiyini bildirib.

Türkiyə, İran, Livan və digər İslam ölkələri, o cümlədən Avropa ölkələri və beynəlxalq təşkilatlar İsrailə bu çirkin planla bağlı xəbərdarlıq ediblər.
Source : IslamTimes