QR CodeQR Code

Rus qırıcıları ABŞ təyyarəsini 1 saat təqib etdi

IslamTimes , 28 May 2020 01:43

İslamTimes: ABŞ Hərbi Dəniz Qüvvələri bu ölkəyə məxsus kəşfiyyat təyyarəsinin Aralıq dənizi üzərində iki rus qırıcısı tərəfindən təqib olunduğunu bildirib.


ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması bildirib ki, ABŞ-a məxsus P-8A kəşfiyyat təyyarəsi iki rus Sukhoi-35 qırıcısı tərəfindən Aralıq dənizi suları üzərində təqib edilib.
 
ABŞ tərəfi açıqlamada bildirib: "İki ay ərzində üçüncü dəfədir ki, Rusiya pilotları bizim kəşfiyyat təyyarələrini təhlükəli və qeyri-peşəkar şəkildə təqib edir."
 
Məlumata deyilir: "Bu təqib tamamilə təhlükəli və qeyri-peşəkar olub. Çünki rus pilotlar P-8A təyyarəmizin hər iki tərəfindəki qanadlara yaxınlaşaraq təyyarəmizin təhlükəsiz hərəkətini məhdudlaşdırdı."
 
Rus pilotların ABŞ təyyarəsini təqribən bir saata yaxın təqib etdiyi bildirilir.
 
Pentaqon 15 aprel tarixində də Rusiyaya məxsus Sukhoi-35 qırıcısının Aralıq dənizi üzərində ABŞ hərbi kəşfiyyat təyyarəsini izlədiyini bildirmişdi.
 


Story Code: 865145

News Link :
https://www.islamtimes.org/az/news/865145/rus-qırıcıları-abş-təyyarəsini-1-saat-təqib-etdi

Islam Times
  https://www.islamtimes.org