0
Thursday 28 May 2020 - 01:43

Rus qırıcıları ABŞ təyyarəsini 1 saat təqib etdi

Story Code : 865145
Rus qırıcıları ABŞ təyyarəsini 1 saat təqib etdi
ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması bildirib ki, ABŞ-a məxsus P-8A kəşfiyyat təyyarəsi iki rus Sukhoi-35 qırıcısı tərəfindən Aralıq dənizi suları üzərində təqib edilib.
 
ABŞ tərəfi açıqlamada bildirib: "İki ay ərzində üçüncü dəfədir ki, Rusiya pilotları bizim kəşfiyyat təyyarələrini təhlükəli və qeyri-peşəkar şəkildə təqib edir."
 
Məlumata deyilir: "Bu təqib tamamilə təhlükəli və qeyri-peşəkar olub. Çünki rus pilotlar P-8A təyyarəmizin hər iki tərəfindəki qanadlara yaxınlaşaraq təyyarəmizin təhlükəsiz hərəkətini məhdudlaşdırdı."
 
Rus pilotların ABŞ təyyarəsini təqribən bir saata yaxın təqib etdiyi bildirilir.
 
Pentaqon 15 aprel tarixində də Rusiyaya məxsus Sukhoi-35 qırıcısının Aralıq dənizi üzərində ABŞ hərbi kəşfiyyat təyyarəsini izlədiyini bildirmişdi.
 
Source : IslamTimes