QR CodeQR Code

Nəsrullah: “İsrail rejimi aldığı dəstəyi itirən kimi məhv olacaq”

28 May 2020 00:17

İslamTimes: Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah sionistlərin Fələstini tamamilə ələ keçirməyə çalışaraq, vətənlərinə dönmək istəyən qaçqınlar üçün alternativ vətən kimi İordaniyanı göstərmək istədiklərini bildirib.


Deyerler.org xəbər verir ki, Seyid Həsən Nəsrullah İsrail rejiminin ordusunun Livanın cənubundan çıxarılmasının 20-ci ildönümü ilə əlaqədar Livanın Ən-Nur Radiosuna müsahibə verib.

Hizbullahın bu gün 2000-ci ildən qat-qat güclü olduğunu bildirən Seyid Həsən Nəsrullah belə danışıb: “Hizbullah həm üzv, həm də avadanlıq baxımından çox yaxşı vəziyyətdədir. Sionist mütəxəssislər bunu dəfələrlə etiraf ediblər.

Müqavimət qüvvələri 1982-2000-ci illərdə Livanın cənubundakı hadisələri diqqətlə izləyirdi. Düzgün məlumat və təhlillər nəticəsində düşmənə qarşı bir qoruyucu qüvvə yaratmaq strategiyası ortaya qoyuldu.

Sionist rejim Livanın cənubundakı mülki insanları müqavimət qüvvələrinin zəif tərəfi olaraq görürdü. Buna görə də qəsəbələri və tarlalları daha çox hədəfə almağa çalışırdı. Biz də buna cavab olaraq, işğal altındakı torpaqların şimal bölgələrini vurduq.

Qərb Sahilindəki qanunsuz sionist məskunlaşma yerlərinin “İsrail rejiminə ilhaq edilməsi” planına toxunan Seyid Həsən Nəsrullah, belə deyib: “İsrail rejimi 1982-ci ildə İordaniyaya qarşı hiylə qururdu və bu gün İordan çayının qərb sahilini tamamilə işğal etməyi düşünərək, yeni bir hiylə axtarır. Sionistlər bütün Fələstini ələ keçirməyə çalışaraq, ana vətənlərinə qayıtmaq istəyən qaçqınlara İordaniyanı alternativ vətənləri kimi göstərmək istəyirlər”.

Bölgədə sionist rejimin mövcudluğunun ABŞ-ın verdiyi dəstəklərdən asılı olduğunu bildirən Seyid Həsən Nəsrullah, belə danışıb: “İsrail rejimi qanuni bir dövlət deyil. Qalmamalıdır. Məhv edilməli olan qəti bir şər və xərçəng şişidir.

İsrail rejimi yəhudi bir dini dövlət deyil. Bütün bu qətliamları həyata keçirən və cinayət törədən bir rejim din dövləti ola bilməz. Bu dövlət irqçilik dövlətidir və Yer kürəsindəki ən üstün qövm olduğuna inanırlar.

İrqçi İsrail rejiminin məhv ediləcəyinə əminik. Çünki hər gün gücünü itirir. Artıq 2000-ci ildən əvvəlki kimi deyillər və gələcəkdəki döyüşlərdə də məğlub olacaqlar. İsrail rejimi kənardan aldığı dəstəyi itirəndə, məhv olacaq”.


Story Code: 865147

News Link :
https://www.islamtimes.org/az/news/865147/nəsrullah-israil-rejimi-aldığı-dəstəyi-itirən-kimi-məhv-olacaq

Islam Times
  https://www.islamtimes.org