0
Thursday 28 May 2020 - 01:01

Pentaqon: “Bir neçə aya nüvə sınağına hazır ola bilərik”

Story Code : 865148
Pentaqon: “Bir neçə aya nüvə sınağına hazır ola bilərik”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ müdafiə nazirinin nüvə məsələlərinə cavabdeh müavini Dryu Uolter dövlət başçısının texniki və ya geosiyasi səbəblərə görə nüvə sınağı aparılmasını əmr edərsə, məhdud diaqnoz toplama prosesində hazırlıqların bir neçə ay çəkəcəyini bildirib.

DefenseNews-un verdiyi məlumata görə, Uolter belə deyib: “Düşünürəm ki, bu nisbətən sürətlə gedə bilər”.

Ölkənin nüvə sınağı qabiliyyətini qorumalı olduğunu bildirən Uolter, daha ciddi sınaqlar üçün daha əhatəli məlumat toplama prosesinin lazım olduğunu və bunun illəri ala biləcəyini qeyd edib.

ABŞ 1992-ci ildən etibarən nüvə enerjisi ilə bağlı sınaqlar keçirmir və köhnə ehtiyatlardan istifadə edir və nüvə silahı üçün yeni plutonium nüvələri istehsal etmir.

Vaşinqton 2018-ci ildə mövcud nüvə başlıqlarının sayı ilə bağlı məlumatlara dair məxfilik qərarı vermişdi. Prezident Donald Tramp nüvə arsenalını dəyişdirməyi və plutonium nüvəsi istehsalını ildə 80 səviyyəsində yenidən başlamaq əmrini vermişdi.

ABŞ “Orta və kiçik mənzilli raketlərin ləğvi” (İNF) müqaviləsindən çıxdı və 6 ay sonra öhdəlikləri başa çatan Açıq Səma Sazişindən də çıxdığını açıqladı. Əgər uzadılmasa, 2021-ci ilin fevralında qüvvədən düşəcək Strateji Hücum Silahlarının Azaldılması Sazişinin (START-3) gələcəyinə dair qeyri-müəyyənlik qalmaqdadır.